Bu il metrodan istifadə edən sərnişinlərin sayı açıqlanıb.
Lent.az-ın məlumatına görə, cari ilin 7 ayında metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 124 milyon 154 min 920-yə çatıb.
Ümumilikdə qeyd olunan dövr ərzində Azərbaycanda nəqliyyatçılar 1041,1 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 911,5 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1 faiz və 17,3 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,0 faizi avtobus, 5,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,7 faiz, sərnişin dövriyyəsi isə 17,0 faiz artıb.