Babək və Culfanın bu kəndlərində elektrik enerjisi  kəsiləcək
21 yanvar 2026 21:19 (UTC +04:00)

Babək və Culfanın bu kəndlərində elektrik enerjisi kəsiləcək

0

Yanvarın 22-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Lent.az xəbər verir ki, bununla əlaqədar olaraq Araz SES-dən qidalanan 35 kV Nehrəm və 35 kV Hava limanı elektrik xətləri razılaşdırılmış sifariş əsasında açılacaq.

Aparılacaq işlər səbəbindən Nehrəm qəsəbəsində, Araz, Ərəzin, Bənəniyar, Əbrəqunus, Saltaq, Milax, Ərəfsə, Ləkətağ , Kırna və Əlincə kəndlərində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar