Azərbaycanda uşaqlar arasında yayılan  yeni virus   nə qədər təhlükəlidir? - CAVAB
28 iyul 2023 18:33 (UTC +04:00)

Azərbaycanda uşaqlar arasında yayılan yeni virus nə qədər təhlükəlidir? - CAVAB

Hava şəraitinin isti keçməsinə baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. 

Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?

Pediatr Elşən Tağıyev Lent.az-a bildirib ki, uşaqlar arasında yayılan inmfeksiya qrip infeksiyası deyil. 

Onun sözlərinə görə, hazırda daha çox adenovirus infeksiyası yayılıb:

“Bu infeksiya gözdə qızartılar, çirklənmə, boğaz ağrıları, öskürək, qusma və ishalla özünü biruzə verir. Bundan əlavə həmçinin “Streptokok A” infeksiyası da yayılıb.

Bu infeksiya özünü dəri səpgiləri ilə də göstərir. Daha çox 3-5 yaş arasındakı uşaqlarda müşahidə edilir, ancaq 5-15 yaş arasında olanlar daha çox narahatlıq doğurur. Həmin yaş arasında olan uşaqlarda bu infeksiya revmatizm xəstəliyinə səbəb olur.

Bu cür xəstəliklərdən qorunma yolları isə standartdır. Təbii ki, sağlam qidalanmaya üstünlük verilməli, yuxu rejimi normallaşdırılmalı və qapalı məkanlarda çox qalmamalıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10455
avatar

Arzu Qurbanlı

Oxşar yazılar