“Son 6 ay ərzində Azərbaycanda 84-cü instensiv sel daşqınını Quba və Xaçmaz rayonunda, Vəlvələ çayında müşahidə etdik”.
Lent.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.
Onun sözlərinə görə, qlobal iqlim dəyişikliyi nəticəsində son illərdə ölkə ərazisində havanın orta temperaturunun artması, çaylarda suluğun azalması prosesləri ilə yanaşı, təhlükəli hidrometereloji hadisələrin baş vermə intervalları da artıb.