Azərbaycanda COVID-19-a yoluxma statistikası açıqlanıb.
Lent.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür (54 faiz).
Bununla yanaşı yoluxma göstəricisi Abşeronda 13.4 faiz, Aranda 12.2 faiz , Gəncə-Qazaxda 7.1 faiz, Şəki-Zaqatalada 3.6 faiz, Quba-Xaçmazda 3.1 faiz, Lənkəranda 2.5 faiz, Dağlıq Şirvanda 2.3 faiz, Yuxarı Qarabağda 1.5 faizdir.
Əlavə edək ki, Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xaricində isə 0.4 faiz təşkil edir.