Respublika Klinik Uroloji Xəstəxanasının baş həkimi vəzifəsindən azad olunub.
Lent.az xəbər verir ki, bu barədə baş həkim Pərviz Hacıyev özünün feysbuk hesabında paylaşım edib.
O, bununla bağlı rəhbərliyə ərizə ilə müraciət edib.
Paylaşımda deyilir:
"Respublika Klinik Uroloji Xəstənasından ayrıldım, öz inkişafıma və xəstələrimə daha çox vaxt ayırmalıyam, icazə istədim. Mənə etimad edib bu məsuliyyətə layiq gördükləri üçün TƏBİB və İTS-in rəhbərlərinə təşəkkür edirəm. 1,5 ildə RKUX-da gözəl insanlar tanıdım, müəllimlər, dostlar qazandım. Köklü Urologiya məktəbinin ailəsinin üzvü oldum, mənə sahib çıxdılar. Ümid edirəm, gözəl işlərə imza atacaqlar, hamısına uğurlar arzulayıram".