Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu avtomobili yolun hərəkət hissəsində saxlanılması ilə bağlıdır.
Nəqliyyat vasitələrinin təhlükəsizlik qaydalarına əməl etmədən yolun hərəkət hissəsində dayandırılması ağır yol qəzalarının baş verməsinə səbəb ola bilər.
Maraqlıdır, görəsən, avtomobili yolun hərəkət hissəsində saxlamağın cəzası nədir?
Lent.az xəbər verir ki, sürücünün nəqliyyat vasitəsini zərurət olmadan yolun hərəkət hissəsində saxlaması qadağandır. Nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi 40 manat cərimə olunur.