Dünyanın bu günündən xəbərimiz var - VİDEO
08 may 2020 09:01 (UTC +04:00)

Dünyanın bu günündən xəbərimiz var - VİDEO

ŞUŞANIN İŞĞALI

 

1. Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin ildönümüdür. Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər də məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidəni məhv edib və ya erməniləşdiriblər. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib.

 

 

CƏFƏR XƏNDAN

(1910-1961)

 

2. Şair, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Cəfər Zeynal oğlu Hacıyev (Cəfər Xəndan) 1910-cu il mayın 8-dəİrəvanda müəllim ailəsində doğulub. Gəncə Pedaqoji Texnikumunda və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Müxtəlif illərdə müəllim, dekan, kafedra müdiri, şöbə müdiri, təşkilat katibi,dosent, rektor, jurnal və qəzetlərdə məsul katib vəzifələrində işləyib. 1941-ci ildə səfərbərliyə alınıb, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi Cənub-Qərb, Şimali Qafqaz, Zaqafqaziya cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində məsul redaktorun müavini olub. “Bəyaz gecələr”, “İlk ayrılıq”, “Şairin həyatı”, “Uğurlu yol” və başqa əsərlərin müəllifidir. Müxtəlif orden, medal, fəxri fərman və hədiyyələrlə təltif olunan Cəfər Xəndan 1961-ci il avqustun 10-da Bakıda vəfat edib.

 

 

SOLTAN HACIBƏYOV

(1919-1974)

 

3. Azərbaycanın xalq artisti, bəstəkar, pedaqoq və dirijor Soltan İsmayıl oğlu Hacıbəyov 8 may 1919-cu ildə Şuşada anadan olub. Onun yetişməsində və formalaşmasında xalq musiqisinin böyük təsiri olub. 1930-cu ildə Bakıya köçüb, 1936-cı ildən əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayıb və tərbiyə alıb. Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olaraq, truba sinfində oxuyub. Eyni zamanda Musiqili Komediya Teatrında dirijor vəzifəsində çalışıb. Bəstəkarın ilk əsəri xor və simfonik orkestr üçün yazılmış"Pioner kantata"sı və "Qızıl gül" (1940) musiqili komediyasıdır. 1939-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olub. 1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edib, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. Soltan Hacıbəyov 19 sentyabr 1974-cü ildə vəfat edib.

 

 

MUSA RÜSTƏMOV

(1930)

 

4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika üzrə elmlər doktoru, professor Musa İsmayıl oğlu Rüstəmov1930-cu ilin mayında Ordubadşəhərində qulluqçu ailəsində anadan olub.Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsində təhsil alıb. Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutunda mühəndis kimi işə başlayıb, daha sonra AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda kiçik və böyük elmi işçi, laboratoriya müdiri, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və direktor vəzifələrində çalışıb. Onun elmi tədqiqatlarının nəticələri 600-dən artıq elmi əsərində, 4 monoqrafiya, 6 kitab, 130-dan artıq müəlliflik şəhadətnaməsi və xarici ölkələrin patentlərində öz əksini tapıb. Musa Rüstəmov “Şöhrət” ordeni, “Elm və texnologiya” mükafatı və Azərbaycan Prezidentinin Fəxri diplomu ilə təltif edilib.

 

 

MİXAİL SLESARYOV

(1955-2014)

 

5. Azərbaycanın Milli Qəhrəmanı Mixail Aleksandroviç Slesaryov 8 may 1955-ci ildə Rusiyanın Smolensk şəhərində doğulub. 1970-ci ildə 4 saylı məktəbi bitirib. 1971-ci ildə traktorçu işləməyə başlayıb. 1975-1977-ci illərdə hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra Tiflis Gizirlər Məktəbinə daxil olub. 7 yanvar 1999-cu ildə Qobustan həbsxanasında məhbusların qiyamının yatırılmasında göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin 12 yanvar 1999-cu il tarixli fərmanı ilə ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib. Ədliyyə Nazirliyinin "N" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışan Mixail Slesaryov 2014-cü il aprelin 12-də vəfat edib.

 

 

RAUF TALİŞİNSKİ

(1956-2018)

 

6. Azərbaycanın əməkdar jurnalisti, "Exo" qəzetinin təsisçisi və baş redaktoru Rauf Rəfail oğlu Talışinskinin anım günüdür. O, 16 noyabr 1956-cı ildə Bakıda anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, həmin fakültədə aspirantura təhsili alıb və dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru olub. “Molodyoj Azerbaydjana", “Vışka” qəzetlərində çalışıb, “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri olub. "Ayna" və "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. 2001-ci ildən “Exo” qəzetinin baş redaktoru postunda çalışıb. Rauf Talışinski 2018-ci ilin mayında vəfat edib.

 

 

ALBERT AQARUNOV

(1969-1992)

 

7. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunovun xatirə günüdür. O,1969-cu il aprelin 25-də BakınınƏmircanqəsəbəsindəyəhudiailəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirdikdən sonra peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, eyni zamanda musiqi məktəbində nəfəs alətitrubasinfini bitirib. 1987-ci ildəGürcüstandahərbi xidmətə çağırılıb, xidməti dövründə tank komandiri olub. Ordudan tərxis olunduqdan sonra Bakının Suraxanı rayonundamaşınqayırma zavodunda işləyib. Qarabağ münaqişəsinin başlanması ilə əlaqədar Milli Ordu sıralarına yazılıb. Tank komandiri kimi Xankəndi,Daşaltı vəCəmilliistiqamətində gedən döyüşlərdə iştirak edib. 8 may1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və BakıdaŞəhidlər Xiyabanındadəfn edilib. Təhsil aldığı 154 nömrəli orta məktəb və paytaxt küçələrindən biri onun adını daşıyır, Bakıda heykəli qoyulub.

 

 

GÜNDÜZ SƏMƏDOV

(1957-1992)

 

8. Bu gün şəhid Gündüz Hidayət oğlu Səmədovun anım günüdür. O, 1957-ci il noyabr ayının 17-də Xankəndində doğulub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1977-1979-cu illərdə Sverdlovsk şəhərində hərbi xidmətdə olub. Şuşadakı 1 saylı həbsxana nəzarətçi, rəisin növbətçi köməkçisi vəzifəsində çalışıb. Kərkicahanınbir neçə dəfə ermənilərdən alınmasında onunda da döyüş xidmətləri olub.1992-ci ilin mayında Şuşanın müdafiəsi zamanı başından aldığı snayper gülləsindən həlak olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

 

 

RAMİZ BAYRAMOV

(1963-1992)

 

9. Şəhid Ramiz Nəriman oğluBayramovun xatirə günüdür. O, 1963-cü il avqustun 20-də Bakının Zabrat qəsəbəsində anadan olub. Azərbaycanın tanınmış neftçisi, Sosialist Əməyi Qəhrəmanı Musa Bayramovun nəvəsidir. 1976-cı ildə orta məktəbi bitirdikdən sonra Almaniyada hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra Zabrat maşınqayırma zavodunda, Müdafiə Nazirliyində çalışıb, 777 saylı hərbi hissənin tabeliyində tank komandiri olub. Ramiz Bayramov 1992-ci il mayın 8-də Şuşada şəhid olub.

 

 

MALİK BAYRAMOV

(1964-1994)

 

10. Bu gün şəhid Malik Yaşar oğlu Bayramovun xatirə günüdür. O, 1964-cü il martın 15-də Şamaxının Bağırlı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi hazırlıq və bədən tərbiyəsi fakültəsini bitirib. Cəbrayıl, Füzuli və Tərtər rayonu istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. 1994-cü ilin mayında Tərtər rayonu Çaylı-Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub. Malik Bayramov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

 

 

NƏCMƏDDİN SAVALANOV

(1985-2016)

 

11. Azərbaycan Silahlı QüvvələrininzabitiNəcməddin Akif oğlu Savalanovun anım günüdür. O, 1985-ci il fevralın 26-daİmişli rayonununGöbəktala kəndindəanadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamladıqdan sonraHeydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinədaxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib.Leytenantrütbəsi ilə N saylı hərbi hissədə mühəndis taqımının komandiri vəzifəsində çalışıb. 2016-cı ilin aprel ayındaAzərbaycan-Ermənistantəmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası alıb, mayın 8-də isə Bakı şəhərindəki Baş Klinik Hospitalda vəfat edib. Azərbaycan Prezidentininsərəncamı iləNəcməddin Savalanov ölümündən sonra "İgidliyə görə" medalıilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Oxşar yazılar