İnsanları borca salan, ailələr dağıdan ONLAYN QUMAR
28 noyabr 2025 11:23 (UTC +04:00)

İnsanları borca salan, ailələr dağıdan ONLAYN QUMAR

0

Onlayn qumar: kart satanlar, borca düşənlər nə etməlidir? 

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) qanunsuz onlayn qumar və mərc oyunlarının maliyyə dövriyyəsini təmin edən şəxslərə qarşı növbəti əməliyyatı həyata keçirib. Əməliyyat nəticəsində 8 nəfər saxlanılıb və yüzlərlə bank kartından ibarət qanunsuz alqı-satqı şəbəkəsi ifşa edilib.

Bu əməliyyat son aylarda kiberpolisin həyata keçirdiyi ən məqsədyönlü tədbirlərdən biri olmaqla, sosial mediada onlayn qumara vurulan növbəti zərbədir.

Kart tədarükçülərinin zərərsizləşdirilməsi, əslində böyük bir sistemin “qan damarını” bağlamaq deməkdir. Virtual cinayətin arxasında da real məsuliyyət var.
Kartını satan da, sxemi quran da cavab verəcək.

Kber cinayətin görünməyən tərəfi

Saxlanılan şəxslərin fəaliyyəti sadə alqı-satqı kimi görünsə də, əslində onlar onlayn qumar platformalarının əsas maliyyə “nəbzini” təşkil edirlər. Araşdırmalar göstərir ki, saxlanılanlar bank kartlarını ayrı-ayrı şəxslərdən pul qarşılığında toplayıb, kartları Telegram üzərindən idarə olunan qumar şəbəkələrinə satıblar, həmin kartlar yüzlərlə tranzaksiyanın, o cümlədən digər kibercinayətlərin icrasında istifadə edilib.

Cinayətkar sxemi aydın göstərir ki, vətəndaşlar diqqətli olmalıdır. Çünki bununla onlayn qumar operatorlarına anonim şəkildə pul çıxarma imkanı yaradıblar. Həm də psixoloji və sosial faktorlar var ki, insanlar bəzən özləri də bilmədən cinayət zəncirinə qoşulublar. Bunun bir neçə səbəbi var: asan qazanc illüziyası, hüquqi savadsızlıq. Vətəndaşa sosial şəbəkələrdə “kartını 300 manata alıram”, “bir karta görə 100 manat ödəniş” kimi elanlar cazibəli görünür. Amma bu pulların arxasında kibercinayətlərin maliyyələşdirilməsi dayanır. Çoxları başa düşmür ki, kartını satmaq, sadə xidmət deyil, cinayətin iştirakçısı olmaqdır.

KMBİ əməliyyatının önəmi nədir? 

Kiberpolis bu əməliyyatla yalnız 8 nəfəri saxlamadı. Əslində dələduzluğa məruz qalan, yaxud qalacaq yüzlələrə insanı xilas elədi. Başqa sözlə, yüzlərlə kartın növbəti kibercinayətlərdə istifadəsinin qarşısı alındı və ən əsası geniş ictimaiyyətə çox ciddi xəbərdarlıq verildi. Bu əməliyyat həm də göstərdi ki, onlayn qumar yalnız “əyləncə” deyil insanların kibertəhlükəsizliyini hədəf alan bir cinayətkar tələsidir. 

Kart məlumatı şəxsiyyətin kimliyidir

Bir daha diqqətə çatdırıldı ki, bank kartını satmaq, ötürmək və ya başqasına vermək cinayətdir. Kartdan şübhəli əməliyyatlar aparılırsa, dərhal banka və polisə məlumat verilməlidir. Hesabımıza mənbəyi bilinməyən pul daxil olubsa, bu, “hədiyyə” deyil, risk siqnalıdır. Kartını satan şəxs də, onu cinayət üçün istifadə edən də eyni hüquqi məsuliyyəti daşıyır.

Bir çoxları onlayn qumarı sadəcə “oyun” kimi təqdim edir. Amma faktlar tam əksini göstərir: Minlərlə insan borca düşür, ailə münasibətləri pozulur. Gənclər asılılıq yaşayır, psixoloji travmalar artır. Cinayətkarlığın maliyyə mənbəyi genişlənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar