Azərbaycanda gənc oğlana  ən böyük arzusuna görə  cinayət işi açıldı
28 noyabr 2025 10:43 (UTC +04:00)

Azərbaycanda gənc oğlana ən böyük arzusuna görə cinayət işi açıldı

0

Qubada qonşusunun avtomobilini qaçıran şəxsə cinayət işi açılıb.

Lent.az-ın məlumatına görə, rayonun Amsar kənd sakini özünə məxsus “QAZ-31” markalı minik avtomobilini axşam saatlarında evinin qarşısında saxlayıb. Bu zaman maşının qapısı açıq və açarları da üzərində olub.

Bunu görən qonşu, 24 yaşlı Mirzə Babaşov (ad və soyad şərtidir) avtomobilə daxil olaraq, onu işə salıb və oradan uzaqlaşıb. Kənd ərazisində bir qədər sürəndən sonra avtomobili bağ sahələrinin yanında saxlayıb. Bu zaman Quba rayon Polis Şöbəsinin əməkdaşları onu yaxalayıblar.

Onun bu əməlinə görə, barəsində Cinayət Məcəlləsinin 185.1-ci (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində ən böyük arzusunun avtomobil sürmək olduğunu deyib. O, sırf bu arzusuna görə avtomobili sürdüyünü bildirib. Mirzə Babaşov həmçinin əməlindən peşman olduğunu və qonşusu zərərçəkən şəxslə barışdığını da qeyd edib.

Zərərçəkən şəxs də qonşusunu bağışladığını, ona qarşı şikayəti olmadığını bildirib və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib.

Quba rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Mirzə Babaşov məsuliyyət azad olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar