Bakıda dayə   işlədiyi evdən 60 minlik qızıl  oğurladı - VİDEO
28 noyabr 2025 17:13 (UTC +04:00)

Bakıda dayə işlədiyi evdən 60 minlik qızıl oğurladı - VİDEO

0

Bakının Xətai rayonunda oğurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub. 

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar