Abşeronda 1-ci sinif şagirdi ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Masazır qəsəbəsinin ərazisində yerləşən 1 nömrəli tam orta məktəbin qarşısında baş verib.
Həmin məktəbin 1-ci sinfində təhsil alan qəsəbə sakini, 7 yaşlı Emin Etibar oğlu Həmidov qəflətən halı pisləşərək ölüb. Onun qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.