DSX əsgəri komandirə görə ÖZÜNÜ GÜLLƏLƏDİ
28 noyabr 2025 11:36 (UTC +04:00)

DSX əsgəri komandirə görə ÖZÜNÜ GÜLLƏLƏDİ

0

Dövlət Sərhəd Xidmətinin Biləsuvar rayonunda yerləşən hərbi hissəsinin əsgəri Hüseynov Hüseyn və digərləri hərbi xidməti zamanı komandiri kapitan Səfəralıyev Mahmud Hikmət oğlu tərəfindən çoxsaylı təhqir və zorakılıq hallarına məruz qaldığından H.Hüseynov noyabrın 15-də özünü öldürüb.

Lent.az-ın məlumatına görə, həmin faktla bağlı hərbi prokurorluqda aparılan istintaq zamanı kapitan Mahmud Səfəralıyevin törətdiyi əməllər sübut olunaraq, ona əvvəlcə tutulub saxlanılıb. Sonra Cinayət Məcəlləsinin maddələri ilə ittiham elan olunub və noyabrın 27-də barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Cəlilabad hərbi məhkəməsinə müraciət edilib.

Lakin Cəlilabad hərbi məhkəməsi əsgərlərə qarşı müxtəlif vaxtlarda qanunsuzluğa yol verən, buna görə Dövlət Sərhəd Xidməti tərəfindən də vəzifədən azad olunmiş kapitan Mahmud Səfəralıyev azadlığa buraxılıb.

Kapitan M.Səfaralıyevin çoxsaylı cinayət əməlləri törətməsinə baxmayaraq, azadlıqda qalması həm cəmiyyətdə mənfi emosiya doğurub, həm də mərhum əsgərin yaxınları tərəfindən ciddi narazılığa səbəb olub.

Hərbi prokurorluğun həmin qərardan apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində baxılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 560

Oxşar yazılar