Qışda avtomobili nə qədər tez-tez yumaq lazımdır?
28 noyabr 2025 15:34 (UTC +04:00)

Qışda avtomobili nə qədər tez-tez yumaq lazımdır?

0

Qış başlayanda yollarda təkcə qar yox, həm də sürüşkənliyi azaltmaq üçün səpilən yol duzu görünür. Natrium xlorid, kalsium xlorid və maqnezium xlorid kimi müxtəlif qarışıqlar qiymət və effektivliyinə görə fərqlənsə də, onların hamısı metalların, o cümlədən avtomobillərin korroziyasını sürətləndirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, avtomobilinizi yol duzu ilə təmasdan qoruyacaq heç bir üsul yoxdur yeganə çıxış evdən çıxmamaqdır. Buna görə də ən düzgün həll maşını təmiz saxlamaqdır. Beləliklə, gövdə panellərini və asma hissələrini zədələməyə başlaya biləcək duz qalıqlarının toplanmasının qarşısını ala bilərsiniz. Maşını yuma tezliyi duza məruz qalma səviyyəsindən asılıdır. Minimum olaraq ayda bir dəfə yuyun, amma duzlu yollarda mütəmadi olaraq hərəkət edirsinizsə, daha tez-tez yumaq lazımdır.

Qışda avtomobili nə vaxt yumaq lazımdır

Qış mövsümündə avtomobili təmizləməklə bağlı sərt qayda yoxdur. Hər şey maşının yol duzu ilə nə qədər tez-tez təmasda olmasından asılıdır. Qar və buzun nadir görüldüyü bölgələrdə ayda bir dəfə və ya güclü qar-boranlardan sonra avtomoykaya getmək kifayətdir. Əgər yaşadığınız bölgədə yollar daim qar və buzla örtülüdürsə və yol duzu ilə təmas gündəlik baş verirsə, avtomobili hər 1-2 həftədən bir yumaq lazımdır.

Evdə avtomobil yumaq isə praktiki deyil, xüsusilə temperatur sıfırdan yuxarı qalxmayan bölgələrdə su donaraq həyəti və giriş yolunu daha da sürüşkən edir. Bu səbəbdən ən rahat yol avtomoykaya getməkdir.

İdeal halda fırçasız, yəni duz və çirki boya qatına sürtməyən kontakt­sız avtomoyka seçilməlidir. Həmçinin asma hissələrin yuyulmasını təklif edən avtomoyka daha yaxşıdır beləliklə, asqı sistemini, egzozu və əyləcləri də təmizləmək olur. Sadə səth yuma bu çətin hissələrə çatmır.

Kommersiya avtomoykalarında adətən isti sudan istifadə edilir ki, bu da çirk və duzu daha yaxşı həll edir və qapı rezinlərində donma riskini azaldır. Əgər avtomobili özünüz yumaq istəyirsinizsə, bunu havanın temperaturu ən azı +10 °C olduqda edin.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar