Bakıda xəstəxanada ölüm hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə noyabrın 26-sı saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən klinikalardan birində baş verib.
Tibb müəssisəsinə müayinə üçün gələn Ordubad rayon sakini 61 yaşlı Nəcəfqulu Mustafa oğlu Qədimov pilləkəndən yıxılıb. O, başından aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Araşdırma aparılır.