Avropada qış günəşindən  zövq almaq üçün 10 MƏKAN
28 noyabr 2025 12:05 (UTC +04:00)

Avropada qış günəşindən zövq almaq üçün 10 MƏKAN

0

Avropada səfər üçün aşağı mövsüm həm də münasib qiymətlər və izdihamın olmaması ilə sevindirir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Portuqaliyanın Madeyra adası qış günəşi üçün ideal hesab olunur. Sərt qış günlərində isinmək arzusu tamamilə təbiidir. Uzaq ekzotik ölkələrə getmək imkanı olmasa belə, Avropanın özündə də günəşdən zövq almaq üçün kifayət qədər gözəl yerlər mövcuddur.

Dünyanın ən böyük turizm nəşriyyatlarından biri olan Lonely Planet Avropada qış günəşindən həzz almaq üçün ən yaxşı 10 məkanı açıqlayıb. Təcrübəli səyahətçi Emma Sparks yazır ki, Avropada qış möhtəşəm ola bilər. Qar, Milad yarmarkalarında isti qlindtveyn və donmuş kanalda bıçaqların səsi insana nostalji və zövq verir. Lakin ardınca yağış, kəsici külək və bitib-tükənməyən qaranlıq gəlir. Belə anda günəşi və D vitamini ilə dolu təmiz havanı necə düşünməmək olar.

Yeni il yaxınlaşdıqca qış günəşindən zövq almaq barədə düşünmək üçün ideal vaxt gəlir. Xoşbəxtlikdən Avropalılar günəş tapmaq üçün uzağa getmək məcburiyyətində deyillər. Avropanın cənub bölgələri mavi səma, günəş və yumşaq, hər nə qədər tropik olmasa da xoş temperaturla seçilir.

Sparks qeyd edir ki, aşağı mövsümdə səfər etmək həm də yaşayış və avtomobil icarəsinin çox ucuz olması deməkdir. Bundan əlavə, çimərliklər və yerli görməli yerlər demək olar ki, boş olur.

Avropada qış tətili üçün ən yaxşı 10 günəşli məkan

Alqarve, Portuqaliya. Sonsuz günəş.

Türkiz sahil, Türkiyə. İnsan izdihamı olmadan təmiz və şəffaf dəniz.

Malta. Təbiət, mədəniyyət və tarixlə tanışlıq.

Siciliya, İtaliya. İl boyu təzə məhsullar.

Kipr. Aralıq dənizində ən isti qış.

Sevilya, İspaniya. Mudehar üslubunda memarlıq.

Kanar adaları, İspaniya. Dalğalar, qum təpələri, gizli körfəzlər və kaitsörfinq.

Madeyra, Portuqaliya. Əbədi yaz havası.

Balear adaları, İspaniya. Çimərliklər və möhtəşəm gün batımları.

Krit, Yunanıstan. Sakit və ölkədən uzaqda olan kurort şəhərlərində tam rahatlıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar