Bakıda itkin düşən qız tapılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, itkin düşmə kimi axtarışa elan edilmiş 12 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
***
09:37
Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Sabunçu rayonu Pirşağı qəsəbəsində yaşayan 12 yaşlı M. Ağaəliyeva evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.
İtkin düşən qızın orta məktəbin 6-cı sinfində təhsil aldığı bildirilir.