Beyləqanda qadın qətlə yetirilib.
Lent.az xəbər verir ki, hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.
Kənd sakini 67 yaşlı Mustafayeva Nazilə Hüseyin qızının meyiti bu gün səhər saatlarında yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olub.
İlkin ehtimala əsasən, mərhum boğularaq, öldürülüb.
Araşdırma aparılır.