"Tanrının uzaqda olduğunu  düşünməyin..." - Dani Alveşin emosional ÇIXIŞI
28 noyabr 2025 15:05 (UTC +04:00)

"Tanrının uzaqda olduğunu düşünməyin..." - Dani Alveşin emosional ÇIXIŞI

0

Dani Alveş hər kəsi təəccübləndirib: "Barselona"nın keçmiş müdafiəçisi Jironadakı bir kilsədə vaizlik etməyə başlayıb. 

Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, həbsdən azadlığa çıxdıqdan və səs-küylü cinsi təcavüz hadisəsindən sonra braziliyalı fikrini kökündən dəyişərək "Tanrı ilə müqavilə" bağladığını elan edib.
Alvesin kilsə səhnəsindən göz yaşlarına boğularaq yayımlanan videosu internetdə yayılıb:

"Tanrının uzaqda olduğunu düşünməyin - O, sizdən uzaq deyil. Mən Onunla əhd bağlamışam. Başqa cür düşünsən belə, Tanrı səni tərk etmir. O, hətta ən qaranlıq anlarında belə səni eşidir. Ürəyini Ona aç, və sən yolu tapacaqsan".

Onun emosional çıxışı sosial medianı alovlandırıb. Alveş iddia edir ki, imanı ona son illərini yaşamağa kömək edib və indi o, "həyatını xidmətə həsr etmək" istəyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar