Subaylar üçün  dünyanın ən yaxşı yerləri
28 noyabr 2025 12:48 (UTC +04:00)

Subaylar üçün dünyanın ən yaxşı yerləri

0

Tək səyahət edən turistlər üçün dünyanın ən yaxşı yerləri açıqlanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, siyahının tərtibində bir neçə meyar nəzərə alınıb: təhlükəsizlik, yemək və nəqliyyatın qiyməti, mövsümün pik dövründə orta hava temperaturu, eləcə də yerli əhalinin ingilis dilinə nə dərəcədə malik olması.

Siyahının birinci yerində Cənub-Şərqi Asiyada ən yüksək təhlükəsizlik göstəricilərindən birinə və aşağı yaşam xərclərinə malik olan Hanoy (Vyetnam) qərarlaşıb.

İkinci və üçüncü yerləri Şri-Lankanın Kolombo və Kandi şəhərləri tutub. İlk 10-luğa həmçinin Sıemreap (Kamboca), Qran-Be (Mavriki), Çianqmay (Tayland), Kuala-Lumpur (Malayziya), Zənzibar (Tanzaniya), Male (Maldiv adaları) və Pxuket (Tayland) daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar