Qadınları tualetdə kameraya  çəkən saxlanıldı
28 noyabr 2025 14:50 (UTC +04:00)

Qadınları tualetdə kameraya çəkən saxlanıldı

0

Türkiyədə qadınları tualetdə kameraya çəkmək istəyən saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ədirnə şəhərindəki ticarət mərkəzlərindən birində baş verib.

Ticarət mərkəzində çalışan bir qadın tualetdə olarkən yan kabinədən ayaqlarının altına doğru telefonla çəkiliş edildiyini görüb. O, dərhal səs-küy salaraq, bayıra çıxıb və mühafizəçilərdən kömək istəyib. Gizli çəkilişdə şübhəli bilinən qaçmağı bacarsa da, sonradan kamera görüntüləri sayəsində tutulub.

Saxlanılan 21 yaşlı M.Ö.-nün telefonuna baxarkən. niyyətini həyata keçirə bilmədiyi məlum olub. Daha sonra o sərbəst buraxılıb.

Hazırda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar