Bakıda yaşayan erməni qadından Ermənistana ÇAĞIRIŞ - VİDEO
07 noyabr 2020 12:00 (UTC +04:00)

Bakıda yaşayan erməni qadından Ermənistana ÇAĞIRIŞ - VİDEO

O, bayrağımızı öpür, Qarabağ uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycanlılar üçün göz yaşı tökür... Milliyətcə ermənidir. Bakıda doğulub, Bakıda böyüyüb, bakılı kinooperatorla ailə qurub. 75 yaşlı Rəhimova Donara Mixaylovna özünü bakılı sayır. Ömrünün 74 ilinin bir gününü belə bakıdan ayrı yaşamayıb. Yaşaya bilmərəm Bakısız bir gün deyir və bizimlə söhbətə başlayır.

“Baki mənim şəhərimdir, doğma küçələrimdir. Bakı mənim doğmalarımdır, dostlarımdır, rəfiqələrimdir. Uzun müddətdir xəstəyəm, evdən az hallarda çıxıram, darıxıram. Bilirəm ki, Bakı gündən-günə gözəlləşir. Hər gün dəyişir Bakı. Düşünürəm ki, Prezident İlham Əliyev Bakının və ölkəmizin gözəlləşməsi üçün əlindən gələni edir ki, hər şey gözəlləşsin”.

İndi onun ailəsindən bir bacısı qalır. Donara xanım deyir ki, 90-cı illərdən sonra onlar Bakını tərk edib. İki qardaşı da Rostovda yaşayıb. Bakıdan köçdükdən sonra iki qardaşı dünyasını dəyişib. Bacısının da Bakı üçün çox darıxdığını ifadə edir. Zavodda çalışırmış. Uzun illər əməkçi olub.

“Azərbaycanın hər zaman beynəlmilər bir ölkə olub”.

Qızları və nəvələri ilə qalır. Həyat yoldaşı ilə Bakıda tanış olub. Donara xanım deyir ki, onlar bir-birlərini sevərək ailə qurublar:

“O, çox istedadlı konooperator olub. İşini çox sevirdi. Mənim işlədiyim yerə çəkilişə gəlmişdilər. Orada tanış olduq, sonra bu tanışlıq sevgiylə davam etdi və evləndik. Qızım məndən həmişə soruşur ki, ana, atam səni niyə elə çox sevirdi? Biz belə yaşadıq.”

Donara Rəhimovanın qayınatası tanınmış yol inşaatı mütəxəssisi olub:

“Gördüyünüz bu məhəllənin, Bakının mərkəzi küçələrinin inşasında yaxından iştirak edib. Şamaxıdan Xankəndinə qədər yolların çəkilməsində böyük zəhməti olub. Bərdədə, Kəlbəcərdə yeni yollar salmışdılar. Onun haqqında arxivlərdə də yazılar var. Çox mərhəmətli, ağıllı adam idi. Allah hər ikisinə rəhmət eləsin”.

Qadının sözlərinə görə, erməni olduğunu oxuduğu məktəbdə, işlədiyi müəssisədə, hətta yaşadığı binada qonşuları bilsələr də, heç vaxt ona yad münasibət bəslənilməyib.

“Hər zaman mənə münasibət yaxşı olub. Hələ 1988-ci ildə Qarabağ müharibəsi yeni başlayanda mən uzun müddət evdən çıxmadım. Utanırdım, sonra qonşular məni həyətdə gördülər, görüşdük, söhbətləşdik mehribancasına. Bu günün özündə də mehribanıq”.

Qarabağ müharibəsindən danışır...

“Mən hər zaman demişəm , indi də deyirəm, “qoy, onlar rədd olsunlar buradan!”. Onlar vicdansızdırlar, binamusdurlar, alçaqdırlar! Bilirsinizmi, mən erməni valideynlərə də deyirəm, “yazıqdır övladlarınız çağırın onları geri!””

Siz Xocalı faciəsi zamanı Bakıda olmusunuz, “onda hansı hissləri keçirdiniz” sualını isə belə cavablandırır...

“Bu günə qədər də Çingiz Mustafayevin “Ay allah, ay allah...” deyərək hönkürməsi qulaqlarımdadır. Səmimiyyətimə inanın, uzun müddət təsirdən çıxa bilmədim. Hələ də düşünürəm, Çingiz necə dözmüşdü? İndi də edirlər belə... Gözlərim qlaukomadır, amma ağlaya-ağlaya izləyirəm. İndi günü televizorun qarşısında keçirirəm, Prezident İlham Əliyevin tvit və çıxışlarını gözləyirəm. Çünki bu bizim qürur məsələmizdir - başa düşürsüz?”

Bəli, ömrünün 75 ilini Bakıda yaşayan, milliyətcə erməni Donara xanımı tanıdıq, dinlədik, gördüklərimizi lentə alıb, sizlərə də təqdim etdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249
avatar

Oxşar yazılar