Azərbaycanda daha 113 nəfərdə koronavirus aşkarlandı, 55 nəfər sağaldı, 2 nəfər vəfat etdi
20 may 2020 17:46 (UTC +04:00)

Azərbaycanda daha 113 nəfərdə koronavirus aşkarlandı, 55 nəfər sağaldı, 2 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 113 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

 

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245.609 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3511
avatar

Oxşar yazılar