60-dan çox avtobus yollarda qaldı -  SƏBƏB
22 avqust 2022 09:28 (UTC +04:00)

60-dan çox avtobus yollarda qaldı - SƏBƏB

Bakının bir sıra küçə və prospektlərində tıxac müşahidə olunur.

Lent.az xəbər verir ki, Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 32 müntəzəm marşrut xətti üzrə 62 avtobusun hərəkət intervalında gecikmələr var.

1. Bakı-Sumqayıt şossesi -  Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti -20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29,  67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur. 

2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 7-8  dəqiqə gecikmə müşahidə olunur. 

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə  -  köməkçi yolda  20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 18-22 dəqiqə gecikmə müşahidə olunur.

4. Binəqədi şossesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 5-6 dəqiqə gecikmə müşahidə olunur. 

5. Zabrat şossesi – şəhər istiqamətində 40, 131, 163, 216, 217 və M8 saylı marşrut xətlərindəki avtobuslararası intervallarda 8-10 dəqiqə gecikmə müşahidə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2658
avatar

Mehman Nəbiyev

Oxşar yazılar