Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ovcullu kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-dən Lent.az-a verilən xəbərə görə, ümumi çəkisi 4 ton 200 kiloqram olan 8200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.