2026-cı ilin ən uzun  günü
23 may 2026 13:58 (UTC +04:00)

2026-cı ilin ən uzun günü

0

2026-cı ilin ən uzun günü 21 iyuna təsadüf edəcək. Həmin tarixdə Şimal yarımkürəsində yay gün dönümü adlanan astronomik hadisə baş verəcək və ilin ən qısa gecəsi, ən uzun gündüzü müşahidə olunacaq.

Lent.az xəbər verir ki, iyunun 21-də gündüzün uzunluğu maksimum həddə çatacaq. Bu tarixdən sonra gündüz saatları tədricən qısalmağa başlayacaq.

Astronomik hesablamalara əsasən, həmin vaxt günəş səmada ən yüksək nöqtəsinə çatır və bu da gündüz vaxtının ən uzun olmasına səbəb olur. Şimal yarımkürəsində yaşayan insanlar üçün bu tarix yay fəslinin astronomik başlanğıcı hesab edilir.

Növbəti mühüm astronomik hadisə isə 23 sentyabrda baş verəcək payız bərabərliyi olacaq. Həmin gün gündüz və gecənin uzunluğu demək olar ki, bərabərləşəcək.

2026-cı ilin ən qısa gündüzü isə dekabrın 21-nə təsadüf edəcək və həmin gündən sonra gündüzlər yenidən uzanmağa başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 164

Oxşar yazılar