Abel Məhərrəmov Qazaxıstanın təhsil naziri ilə görüşdü - FOTO
İyulun 1-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov ölkəmizdə səfərdə olan Qazaxıstanın təhsil naziri Bakıdjan Jumaqulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
BDU-nun mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, universitet haqqında ətraflı məlumat verən Abel Məhərrəmov onun yaranma və inkişaf tarixindən, beynəlxalq əlaqələrindən bəhs edib.
Rektor Qazaxıstanın ali təhsil ocaqları ilə əməkdaşlığa əhəmiyyət verməsindən, universitetlərin daha sıx və səmərəli fəaliyyət göstərmələri üçün birgə proqram və layihələrin mümkünlüyündən danışıb.
Bakıdjan Jumaqulov Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
İkitərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə nümayəndə heyəti BDU-nun strukturu, laboratoriyaları və elmi-praktik tədqiqat mərkəzləri, Nano Araşdırmalar Mərkəzi ilə tanış olub. Qonaqlar BDU-da fəaliyyət göstərən Abay Kunanbayev adına Mərkəzə də baş çəkərək, ölkəmizdə Qazax mədəniyyətinə verilən dəyərdən məmnun qaldıqlarını bildiriblər.

791