Bakıda hava buludlu olacaq, rayonlara yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 25-29 dərəcə isti təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarına gəlincə, iyulun 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 19-24 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Nazirliyi Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. İyulun ilk günlərində güclü şimal-qərb küləyinin əsəcəyi, gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında davamlı xəzri küləyinin gətirdiyi sərinlik meteohəssas insanlar üçün əlverişli olsa da, iyulun 1-də gündüz küləyin daha güclü olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

416