Qiyamət günü dağılmayacaq yeganə kənd -
29 iyun 2011 19:27 (UTC +04:00)

Qiyamət günü dağılmayacaq yeganə kənd -

Fransanın qərbində Aude bölgəsində yerləşən, 200 nəfər əhalisi olan Bugarach kəndi dünyanın hər tərəfindən gələn insanların və mətbuatın diqqət mərkəzinə çevrilib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, son illər kəndin diqqət mərkəzinə düşməsinin səbəbi 2012-ci il dekabrın 21-də bəşəriyyətin sonunun gələcəyi yönündə Maya təqviminə əsasən irəli sürülən iddialardır.

Bu iddialara görə, qiyamət günü dünyada daş üstə daş qalmayacağı halda yalnız Bugarach kəndi dağılmayacaq. Yaponiyadakı zəlzələlər və ABŞ-dakı qasırğalar qiyamətin yaxınlaşdığına inananların inancını daha da artırıb. Ona görə də bir vaxtlar heç kimin tanımadığı bu kəndin əhalisinin sayı artıq bir neçə dəfə artıb və bir çox ölkələrdən gələn insanlar qiyamətdən qorunmaq üçün bu kənddə məskən salıb.

Bugarach kəndinə axın edənlər kəndin yaxınlığındakı “Pic de Bugarach” adlı qayalıqlarda yadplanetlilərin bazası olduğuna və qiyamət günü qəsəbəyə enən uçan naməlum obyektlərin (UNO) bu qayalıqlardan baza kimi istifadə edəcəklərinə inanırlar. Yəni insanlar tək qiyamətdən qorunmaq üçün yox, UNO-ları görmək üçün də bu kəndə axışırlar. Kənd bələdiyyəsinin sədri Jean-Pierre Delord deyib ki, hər şey az əvvəl dünyasını dəyişən bir kəndlinin dağın altında UNO-ya bənzər şeylər gördüyünü söyləməsi ilə başlayıb. ABŞ-dakı UNO saytları da insanlara qiyamət günü sağ qalmaq üçün Bugaracha sığınmağı məsləhət görüb.

Təkcə bu il ərzində kəndə 20 min insan gəlib. Kənd sakinləri isə gələnlərin sayəsində sakit həyat tərzlərinin pozulmasından şikayətlənirlər. Kənddə otel işlədən Sigrid Benard isə durumdan məmnundur. Çünki müştəriləri getdikcə artır və o da bu səbəbdən oteldə yataq yerlərinin sayını artırmaq barədə düşünür...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar