Azərbaycanda qeyri-qanuni çalışan əcnəbilərə kim nəzarət edir?
29 iyun 2011 12:44 (UTC +04:00)

Azərbaycanda qeyri-qanuni çalışan əcnəbilərə kim nəzarət edir?

Lent.az-ın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. O bildirib ki, qeyri-leqal əmək miqrantları ilə bağlı problem dünyanın hər yerində var və onların sayı hər yerdə leqal işçilərin sayından qat-qat artıqdır: “Araşdırmalarımıza görə, hazırda Şimali və Qərbi Avropada qeyri-qanuni miqrantlarının sayı ümumi əmək miqrantlarının sayının yarısı qədərdir”.

Fond sədri deyib ki, bu rəqəm Rusiyada da 50 faizə bərabərdir. Amerikada isə təxminən 5 milyon nəfər qeyri-qanuni miqrant fəaliyyət göstərir.

S.Müslümov deyib ki, Azərbaycanda qeyri-qanuni əmək fəaliyyəti ilə məşğul olan miqrantların təsbit edilməsi ilə Vergilər Nazirliyi və Əmək Müfəttişliyi məşğul olur, bu məsələ adı çəkilən qurumların səlahiyyətində daxildir: “Rəhbərlik etdiyim qurum hər iki idarə ilə sıx əməkdaşlıq edir. Vergilər nazirliyindən bizə daxil olan son hesabatda 45 min yeni işçi qeydə alındığı göstərilib ki, bunun da 500 nəfəri xarici əmək miqrantlarıdır”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 501

Oxşar yazılar