Dağ çaylarında sululuq azalır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyun ayının sonlarında Respublikanın əksər dağ çaylarında sululuğun bir qədər azalması müşahidə olunub.
Hazırda Böyük Qafqazın Şəki-Zaqatala bölgəsi çaylarında sululuq ongünlük normanın 55-145, Quba-Xaçmaz bölgəsi çaylarında 70-180, Lənkəran-Astara bölgəsi çaylarında 190-250, Kiçik Qafqaz çaylarında 55-85, Naxçıvan MR çaylarında isə 106 faizini təşkil edir.
Tranzit çaylarda hazırkı vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 277 m3/san, yəni ongünlük normanın 68 faizini (2010-cu ildə 400 m3/san olmaqla ongünlük normanın 99 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 176 m3/san, yəni ongünlük normanın 106 faizini (2010-cu ildə 230 m3/san olmaqla ongünlük normanın 139 faizini) təşkil edir.
İyun ayının 26-dan başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Surrada səviyyə 88 sm, Şirvanda 106 sm, Salyanda 44 sm, Bankədə 26 sm, Araz çayının Novruzlu məntəqəsində isə 75 sm azalıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 530 sm (2010-cu il iyunun 29-da səviyyə 742 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 955 sm), Şirvanda 441 sm (2010-cu il iyunun 29-da səviyyə 665 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 853 sm), Salyanda 491 sm (2010-cu il iyunun 29-da səviyyə 664 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 855 sm), Bankədə 311 sm (2010-cu il iyunun 29-da səviyyə 390 sm, 2010-cu il mayın 18-də maksimal səviyyə 503 sm), Araz çayının Novruzlu məntəqəsində isə 265 sm (2010-cu il iyunun 29-da səviyyə 462 sm, 2010-cu il mayın 21-də maksimal səviyyə 734 sm) təşkil edir.

587