Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlıq qurulur - FOTO
29 iyun 2011 11:37 (UTC +04:00)

Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlıq qurulur - FOTO

Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda Təşkilat Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə aprelin 1-dən “Azərbaycan Bələdiyyələrinin İnstitusional İnkişafı və Beynəlxalq Əməkdaşlıq üzrə Təcrübə Proqramı” layihəsi həyata keçirir.

Təşkilatın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd Azərbaycan Bələdiyyələrinin institusional inkişafına dəstək göstərmək istiqamətində Türkiyə Bələdiyyələri ilə əlaqələrin genişləndirilməsinə nail olmaq, qarşılıqlı təşəbbüsləri inkişaf etdirmək və birgə təcrübə mübadilələrinin təşkilinə təkamül verməkdir.

Layihə çərçivəsində 20-23 iyun tarixlərində Türkiyədə Mərmərə Bələdiyyələr Birliyində görüş keçirilib. Tədbirdə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyanın sədri Əbülfəz Babayev, Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyinin sədri Lyudmila Xəlilova və təşkilat üzvləri iştirak ediblər. Toplantı iştirakçıları Azərbaycan və Türkiyə bələdiyyələri arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıblar. Tədbirdə qeyd olunub ki, iki yüz ildən artıq tarixi olan Türkiyə bələdiyyələrinin, ayrı-ayrı dərnəklərin və ictimai təşkilatların təcrübəsi Azərbaycan bələdiyyələri üçün model olaraq öyrənilməlidir.

Layihə çərçivəsində iyunun 24-də təşkilatın sədri Lyudmila Xəlilova Ankara şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin baş katibi Hayrettin Güngör və Birliyin beynəlxalq əlaqələr üzrə departamentin müdiri Berrin Aydın ilə görüşüb. Görüşdə Lyudmila Xəlilova təşkilatın məqsədi, vəzifələri, fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında geniş məlumat verib. O ölkəmizdə gender hüququ və bələdiyyə qanunvericiliyi haqqında danışıb. Hayrettin Güngör isə bildirib ki, Azərbaycan bələdiyyələrinin inkişafına dəstək istiqamətində birgə layihələr hazırlanmalı, əlaqələr genişləndirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1158

Oxşar yazılar