Şimali Kiprdə təhsil alan həmyerlilərimiz diplom alıb
28 iyun 2011 19:00 (UTC +04:00)

Şimali Kiprdə təhsil alan həmyerlilərimiz diplom alıb

Şimali Kipr Türk Respublikasının Doğu Ağdəniz Universitetində (DAU) 2010-2011-ci il Akademik ili sona çatıb. Lent.az-ın məlumatına görə, diplom alan 1400 məzun sırasında 3 nəfər həmyerlimiz də var. Onlar Turizm, Bankaçılıq – Maliyyə və Radio-TV-Kino fakültələrində təhsil alıblar.

Mərasimə Şimali Kipr Türk Respublikasının Səhiyyə naziri Əhməd Kasif, Abadlaşdırma və Nəqliyyat naziri Həmzə Ersan Saner, İqtisadiyyat və Enerji naziri Sunat Atun və məzunların ailə üzvləri də qatılıb. Həmçinin iştirakçılara Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğanın təbrik məktubu oxunub. Universitetin Azərbaycanlı tələbələr birliyinin rəhbəri Anar Həsənov çıxışında universitet rəhbərliyinə, müəllimlərinə təşəkkürünü bildirib. DAU-nun rektoru Prof. Dr. Abdullah Öztoprak 34 ölkədən 1400 tələbənin daha öncəki 32 000 universitet məzunu arasında qatıldığını deyib. O, DAU-nun dünyadakı 20 000 ən reytinqli universitet arasında 1421-ci olduğunu qeyd edib. Öztoprak bir çox beynəlxalq birliyə üzv olan DAU-nun əksər proqramlarının beynəlxalq akkreditasiya təşkilatları tərəfindən qiymətləndirildiyini söyləyib.

Hazırda Şimali Kipr Respublikasının ali məktəblərində oxuyan 400-dən çox azərbaycanlı tələbənin 176-sı DAU-da təhsilini davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467

Oxşar yazılar