Jurnalistlərin binasının təməli iyulun 22-də qoyulacaq
28 iyun 2011 16:25 (UTC +04:00)

Jurnalistlərin binasının təməli iyulun 22-də qoyulacaq

Bu barədə APA-ya KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib. Onun sözlərinə görə, binanın təməlqoyma mərasiminin may ayında keçirilməsi nəzərdə tutulsa da, bu, texniki səbəblərdən baş tutmayıb: “Təməlqoyma mərasiminin gecikməsi Fonddan asılı məsələ deyil. Hazırda binanın smeta sənədləri son araşdırmalardan keçir. Binanın təməlini Milli Mətbuat Günü qoymaq istəyirik. Həmin gün jurnalistlər üçün bayram tədbiri də təşkil ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar