Magistraturaya qəbul imtahanının II mərhələsinin cavabları sabah açıqlanacaq
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılıb.
İmtahanda iştirakı nəzərdə tutulan 7863 bakalavrdan 537 nəfəri imtahana gəlməyib. İmtahan bütün binalarda saat 14:00-da başlanmış və sualları cavablandırmaq üçün bakalavrlara 1 saat 30 dəqiqə vaxt ayrılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən cavab kartlarının emalı prosesi aparılır. Nəticələrin iyunun 29-dək elan olunması nəzərdə tutulur.

1095