54400 abituriyent attestat məlumatlarını təsdiqlətməkdən azad edildi
27 iyun 2011 18:08 (UTC +04:00)

54400 abituriyent attestat məlumatlarını təsdiqlətməkdən azad edildi

TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bu məlumatlar əsasında 2011-ci ildə orta ümumtəhsil müəssisələrini bitirən abituriyentlərin attestat məlumatları Komissiya tərəfindən onların elektron ərizələrinə daxil edilib. Bu səbəbdən, qəbul imtahanlarında iştirak etmək üçün ərizə vermiş orta ümumtəhsil müəssisələrinin builki məzunlarından buraxılış imtahanlarını müvəffəqiyyətlə verərək attestat alanların böyük əksəriyyətinin Sənəd Qəbulu Komissiyasında (SQK) attestat məlumatlarını təsdiqlətmələrinə ehtiyac olmayacaq. Həmin abituriyentlərin sayı 54400 nəfərdir.


Lakin mərkəzləşdirilmiş buraxılış imtahanlarına cəlb olunmayan, elektron ərizə doldurarkən şagird kodunu yanlış qeyd edən və ya qeyd etməyən abituriyentlər SQK-da attestat məlumatlarını təsdiq etdirməli olacaqlar. Belə abituriyentlərin sayı təqribən 6300 nəfərdir. Həmin abituriyentlər imtahan verəcəkləri ixtisas qrupu üzrə imtahana buraxılış vərəqəsinin çapı üçün təyin edilmiş vaxtda TQDK-nın internet saytından imtahana buraxılış vərəqəsini çap edə bilməyəcəklər. Onlar iş nömrələrini və şifrlərini həmin səhifəyə daxil etdikdə ekranda bu barədə xəbərdarlıq elanı görünəcək.


Həmin abituriyentlər attestatlarını elektron ərizələrini təsdiq etdirdikləri Sənəd Qəbulu Komissiyasına təqdim edib attestat məlumatlarını təsdiq etdirdikdən sonra “İmtahana buraxılış vərəqə”sini çap edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 593

Oxşar yazılar