Vəkillər Kollegiyasına yeni namizədlər test imtahanı veriblər
Lent.az-ın TQDK-nın saytına istinadən verdiyi məlumata görə, müsabiqədə iştirak etmək üçün 605 nəfərin namizədliyi qeydə alınıb, lakin onlardan 74 nəfəri imtahana gəlməyib.
İmtahanın nəticələri elə həmin gün saat 16:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib və namizədlərin imtahan nəticələri haqqında arayışlar Vəkillər Kollegiyasına təqdim olunub.
İmtahanın nəticələrinə əsasən, namizədlərdən 177 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
Müsabiqənin növbəti mərhələsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən aparılır. Bununla bağlı namizədlərə həmin qurum tərəfindən əlavə məlumat veriləcək.

1036