Şəkər xəstələrinin sayı 2 dəfə artıb
Harvard Universitetinin və London İmperiya Kollecinin mütəxəssislərinin apardığı araşdırma göstərib ki, son 30 ildə dünyada şəkər xəstəliyindən əziyyət çəkən insanların sayı 2 dəfə artıb. Lent.az-ın “Lancet” jurnalına istinadən verdiyi məlumata görə, hazırda dünyada bu müalicəsi olmayan xəstəlikdən 347 milyon insan əziyyət çəkir.
Xəstəliyin sürətlə yayılmasının əsas səbəblərindən biri köklükdən əziyyət çəkən insanların sayının sürətlə artmasıdır. Təhqiqatın nəticələrinə görə, Kabo-Verde, Samoa, Səudiyyə Ərəbistanı, Papua-Yeni Qvineya və ABŞ-da şəkər xəstəliyi daha yüksək templə artır.

641