DEVAMM hicabla bağlı yeni kampaniyaya başlayıb
25 iyun 2011 11:21 (UTC +04:00)

DEVAMM hicabla bağlı yeni kampaniyaya başlayıb

Lent.az-ın məlumatına görə, kampaniya çərçivəsində azı 100 min vətəndaşın imzasını toplayaraq, hicab probleminin həlli üçün müraciət etmək dövlət başçısına nəzərdə tutulur.

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu bildirib ki, dünyagörüşündən, siyasi mənsubiyyətindən, etiqadından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin təmsilçiləri kampaniyada iştirak edəcək: “Kampaniya bölüşdürücü deyil, birləşdirici missiya daşıyacaq. Bu problemin qalması heç kəsə xeyir gətirməz. Niyyətimiz odur ki, xoşməramlı təşəbbüslə dini etiqadla bağlı yaşanan problemlərin birdəfəlik çözməsinə nail olaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar