Naxçıvan Dövlət Universitetinin tələbələri körpələrə hədiyyə veriblər
Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin qiyabi şöbəsinin, II-ci təhsil, II-ci kurs tələbələrinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib.
Lent.az-ın verdiyi məlumata görə, tədbirdə Sosial idarəetmə və hüquq fakültəsinin tələbəsi, qrup nümayəndəsi İntizar Məmmədova uşaq müəssisələrinin inkişaf perspektivlərindən danışıb.
O deyib ki, bu gün Azərbaycanda belə müəssisələr kifayət qədər dövlət qayğısı ilə əhatə olunub, bütün problem və qayğıları hər zaman dövlətin diqqət mərkəzində saxlanılır. İntizar Məmmədova Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən də söz açıb.
Tədbirdə uşaqlar üçün müxtəlif oyunlar təşkil olunub, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatırı tamaşa göstərib. Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olan körpələrə hədiyyələr təqdim olunub.

720