Sığorta-pensiya fondlarının rəhbər şəxsləri Azərbaycana gələcəklər
24 iyun 2011 15:46 (UTC +04:00)

Sığorta-pensiya fondlarının rəhbər şəxsləri Azərbaycana gələcəklər

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF), Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və Beynəlxalq Pensiya və Sığorta Fondları Assosiasiyasının (BPSFA) birgə təşkilatçılığı ilə baş tutacaq beynəlxalq tədbirdə Azərbaycan hökumətinin nümayəndələri ilə yanaşı, Almaniya, Rusiya, Hollandiya, Albaniya, Polşa, Moldova, Qazaxıstan, Tacikistan, İspaniya, İsveç və başqa ölkələrin sığorta-pensiya fondlarının rəhbər şəxsləri iştirak edəcəklər.

Bundan başqa, seminara Qeyri-Dövlət Pensiya Fondları Milli Assosiasiyasının, Beynəlxalq Əmək Təşkilatının və bir sıra nüfuzlu qurumların nümayəndələri qatılacaqlar. Seminar iyinin 28-də saat 14:00-da öz işinə başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 533

Oxşar yazılar