Qarabağ gülləri haqqında ikinci marka seriyası buraxıldı
24 iyun 2011 14:38 (UTC +04:00)

Qarabağ gülləri haqqında ikinci marka seriyası buraxıldı

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iki markadan ibarət yeni seriyada Azərbaycanın Qarabağ regionunda bitən güllər əks olunub. Nominal dəyəri 10 və 30 qəpik olan markaların hər biri bir milyonluq tirajla buraxılıb.


Xatırladaq ki, “Qarabağ gülləri” seriyasının birinci versiyasına da iki marka daxil edilib və onların nominal dəyərləri 20 və 50 qəpik təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar