Məleykə Abbaszadədən abituriyentlərə çağırış
“İndiyədək magistraturanın ikinci mərhələsində iştirak etmək hüququ qazanan 7863 bakalavrdan cəmi 7000 nəfəri elektron ərizəsini təsdiqlədərək imtahana buraxılış vərəqəsini götürüb”. Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Qəbulu Komissiyasının sədri Məleykə Abbaszadə deyib.
M.Abbaszadə bildirib ki, 863 nəfər hələ imtahana buraxılış vərəqəsini çap etdirərək götürməyib. İmtahanın keçiriləcəyi iyunun 26-da Bakıda hərbi parad təşkil olunacaq. TQDK sədri bildirib ki, bakalavrlar imtahana buraxılış vərəqəsini gec və ya iyunun 26-da səhər saatlarında götürsələr, imtahan verəcəkləri məkanlara çatmaya bilərlər: “Çünki həmin gün Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində problemlər olacaq. Bakalavrlar imtahana buraxılış vərəqəsini vaxtında çap edərək götürməlidirlər ki, harada imtahan verəcəklərini və buna uyğun olaraq həmin yerlərə vaxtında çata bilsinlər”.
M.Abbaszadə onu da qeyd edib ki, iyunun 26-da rus bölməsində Azərbaycan dili üzrə imtahanın ikinci mərhələsi də keçiriləcək. Onun sözlərinə görə, analoji problemlə üzləşməmələri üçün bu məzunlar da imtahana buraxılış vərəqəsini vaxtında çap etdirib götürməlidirlər: “Həm də nəzərə almaq lazımdır ki, əgər bakalavrların yaşları 20-dən yuxarıdırsa, rus bölməsində Azərbaycan dili üzrə imtahan verəcək uşaqlar 17-18 yaşlılardırlar. Onlar üçün xüsusən Bakı şəhərində nəqliyyatın hərəkətində məhdudiyyətlər olan yerlərdən keçməklə imtahan verəcəkləri məktəblərə çatmaq çətin olacaq. Ona görə də onlar əvvəlcədən imtahana buraxılış vərəqələrini çap etdirib götürməlidirlər ki, harada imtahan verəcəklərini bilsinlər və vaxtında imtahan verəcəkləri yerə çatsınlar. Tutaq ki, abituriyentin yaşadığı ev Bakıda hərəkətin məhdudlaşdırıldığı məkanda yerləşir. Bu halda abituriyent əvvəlcədən şəhərin başqa hissəsində qohumunun evində qala və oradan imtahana gedə bilər. Çünki bizim Bakıda hərəkətin məhdudlaşdırıldığı yerlərdə imtahan təşkil olunan məktəb binaları yoxdur”.
Ramiz MİKAYILOĞLU

467