Həkim və müəllimlərin maaşı iki dəfə artırıla bilər
“Həkimlərin və müəllimlərin qulluq statusu müəyyən edildikdən sonra onların əməkhaqları iki dəfəyədək qaldırıla bilər. Ölkə başçısının göstərişinə əsasən, həkim və müəllimlərə xüsusi dövlət qulluqçusu statusu verilməsi istiqamətində hökumət artıq müvafiq sənədlər üzərində işləyir və bu qaydalar avqustun sonuna hazır olacaq”.
Lent.az-ın məlumatına görə, bunu iyunun 24-də jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.
O bildirib ki, həkim və müəllimlərin statusu təxminən vergi və hüquq-mühafizə orqanlarında çalışanların statusuna bərabər olacaq, həmçinin, bundan sonra həkimlərin işəgötürmə prosesində də dəyişikliklər olacaq.
Anar GƏRAYLI

775