Avropa Birliyinin gənclər proqramı Azərbaycan QHT-sinə bir sıra imtiyazlar verdi
23 iyun 2011 16:57 (UTC +04:00)

Avropa Birliyinin gənclər proqramı Azərbaycan QHT-sinə bir sıra imtiyazlar verdi

Qərara əsasən bundan sonra Mərkəz Azərbaycanda rəsmi qaydada Avropa ölkələrindən olan gənc könüllülərin qəbulunu və həmin ölkələrə yerli gənclərimizin göndərilməsini həyata keçirəcək.

Mərkəzin beynəlxalq əlaqələr bölməsindən verilən məlumata əsasən əvvəlki illərdə bu fəaliyyətlər pərakəndə şəkildə həyata keçirilirdi və istənilən təşkilat bu proqramlarda iştirak edə bilərdi. Lakin cari ildən etibarən Avropa Birliyinin qoyduğu yeni qaydalara əsasən qeyd olunan mübadilələr yalnız QHT-lər akkreditasiya edildikdən sonra həyata keçirilə bilər. Təbii ki, akkreditasiyadan keçmək də özü-özlüyündə QHT-lər üçün çox çətin və ciddi prosesdir.

Qeyd edək ki, bir neçə ay bundan öncə proqramın ekspertləri ölkəmizə səfər etməklə Mərkəzin akkreditasiyasını həyata keçirərək, onun potensialını dəyərləndirmiş və əməkdaşlıq imkanlarının müəyyənləşdirmişdilər.

Mərkəzin bu proqramla əməkdaşlıq etməyində məqsəd Azərbaycanın beynəlxalq gənclik layihələrində təmsil olunma imkanlarının genişləndirilməsi və ölkəmizin əcnəbi gənclərə daha yaxından tanıdılmasını təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar