Yol Polisi növbəti dəfə sürücülərə müraciət etdi
Bakı şəhər Yol Polisi İdarəsi Bakının bir sıra mərkəzi yollarının bağlanması ilə əlaqədar sürücülərin istifadə edə biləcəyi alternativ yolları açıqlayıb. İdarədən Lent.az-a verilən məlumatda bildirilir ki, Bakıya Astara yolundan daxil olan avtomobillər “Neftçilər” prospektinə daxil olmadan 3-cü dairəvi yolla hərəkətlərinə davam edə bilərlər. Paytaxta gələn sürücülərdən Bakı-Astara yolunun 14-cü kilometrliyindən dairəvi yola keçmələri xahiş olunur.
Bakını tərk etmək istəyən sürücülərə isə Qurd qapısı, 20 Yanvar metrostansiyası və Biləcəri qəsəbəsi yaxınlığındakı yollardan 3-cü dairəvi yola keçmələri xahiş olunur.
Paytaxt daxilində hərəkət edən nəqliyyat vasitələri isə 20 saylı məktəbin qarşısından Badamdar qəsəbəsi və Hüseyn Cavid prospektləri, həmçinin Nərimanov heykəlindən Nərimanov, İnşaatçılar prospektlərinə, Milli Məclisin qarşısından isə Badamdar qəsəbəsi, Parlament prospekti, Mehdi Hüseyn küçəsi istiqamətinə hərəkət edə bilərlər.
Nobel prospekti istiqamətindən mərkəzə gələnlərə isə Afiyəddin Cəlilov küçəsinin bağlı olması səbəbindən iki yol təklif olunur. Bunlar, AMAY ticarət mərkəzinin qarşısından N.Rəfiyev küçəsi və 10-cu zavod dairəsi, ikinci isə Xətai metrostansiyası istiqamətində Xocalı prospekti və Yusif Səfərov küçələri istiqamətidir.
Qeyd edək ki,hərbi paradla əlaqədar bu gün saat 06.00-dan iyunun 26-da tədbir tam başa çatanadək “Azadlıq” meydanı və ona bitişik ərazilərdə, o cümlədən Nobel prospekti, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyov küçələri və Zərifə Əliyeva prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq. Həmçinin Xaqani küçəsi, Keykab xanım Səfərəliyeva küçəsindən Rəsul Rza küçəsinədək, Rəsul Rza küçəsi, Xaqani küçəsindən Neftçilər prospektinədək, Neftçilər prospekti “Azneft” dairəsindən keçərək Qurban Abbasov küçəsinədək, Qurban Abbasov küçəsi Bakı-Astara yolunun 14 km-dək bağlanaraq “Azadlıq” meydanı və “Sahil” parkı istiqamətlərinə bütün növ nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.
Bütün əhali və sürücülərdən xahiş olunur ki, dövlət əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsinə yardımçı olaraq, qeyd olunan istiqamətlərdə avtomobillərdən istifadənin mümkünsüzlüyünü təbii qəbil edib, metro və ictimai nəqliyyat vasitələrində istifadə edilsin.
Nizam RZA

3129