Məişət zorakılığına məruz qalanlara uzunmüddətli mühafizə orderi veriləcək
Lent.az xəbər verir ki, Milli Məclisdə hazırlanan Mülki Prosessual Məcəlləyə dəyişikliklərdə bu barədə müddəa nəzərdə tutulub.
Məcəlləyə təklif olunan dəyişikliklərdə qeyd olunur ki, məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərərçəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət edə bilər. Bu orderin verilməsi barədə ərizə zərərçəkmiş şəxsin yaşadığı yer üzrə verilir. Ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi, cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, tətbiq edilməsi xahiş edilən qadağalar və tədbirlər göstərilməlidir.
Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan 3 gün müddətində baxılmalıdır. Ərizəyə məişət zorakılığından əziyyət çəkmiş və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarını təmin etmək məqsədilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxılır. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə qətnamə ilə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, zərərçəkmişə narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan ediləcək. Həmçinin, zərərçəkmiş şəxsə tibbi və hüquqi yardımın göstərilməsi ilə bağlı xərclərin məişət zorakılığını törətmiş şəxs tərəfindən ödənilməsi şərtləri də qətnamədə qeyd olunmalıdır. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 günədək müddətə verilir. Məcəlləyə dəyişikliklərin parlamentin növbəti iclasında müzakirəyə çıxarılacağı gözlənilir.

1152