Ünvanlı sosial yardım alan ailələrin sayı açıqlandı
Azərbaycanda 131 min 122 ailə ünvanlı sosial yardım alır. Lent.az-ın verdiyi məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində söyləyib.
Füzuli Ələkbərov deyib ki, hər ay adambaşına düşən ÜSY-ın orta aylıq məbləği 23,60 manat, bir ailəyə düşən orta aylıq ÜSY məbləği isə 105,82 manatdır. Yardım təyin olunan ailələrdən 51 min 628-i tərkibində 3 və daha çox uşaq olan ailələr, 195-i qəyyumluq (himayəçi) təyin edilmiş ailələr, 35-i şəhid ailələri, 558-i tərkibində müharibə əlili olan ailələr, 16 min 339-u tərkibində ümumi səbəblərdən əlil üzvü olan ailələr, 10049-u məcburi köçkün ailələri, 258-i isə cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin ailələridir.
Əmək və əhalinin sosial müdafiəsi naziri qeyd edib ki, 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil edib və 2015-ci ilə kimi ölkədə yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir. O bildirib ki, 2003-2010-cu illər ərzində ölkəmizə 900 mindən çox iş yerinin açılması yoxsulluğun ləğvinə uğurlu töhfə verib, digər tərəfdən, əmək haqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması və onların potensial imkan və qabiliyyətləri sayəsində gəlirlərini artırmasına münbit şəraitin yaradılması və başqa amillər bu uğurun əldə edilməsində mühüm rol oynayıb.

973