Fransa KİV nümayəndələri üçün ölkəmizə press-tur təşkil olunub
Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu layihə Azərbaycan və Fransa arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi və ölkəmizin turizm imkanlarının həmin ölkədə geniş təbliğ olunması məqsədilə həyata keçirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Fransanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri üçün 21 iyun tarixindən Azərbaycana müvafiq marşrut üzrə press-tur təşkil edilib. Press-tur iyunun 28-dək davam edəcək.
471