Turizm üzrə yeni qurum yaradıldı
Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə Əmri ilə “Standartlaşdırma üzrə Turizm və yerləşdirmə vasitələrinin xidmətləri” Texniki Komitəsinin (TK 06) əsasnaməsi və yeni tərkibi təsdiq edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.a-a verilən məlumata görə, Texniki Komitə mehmanxana fəaliyyəti, turizm fəaliyyəti və turizm marşrutları üzrə 3 Alt Komitədən ibarətdir.
Texniki Komitə öz səlahiyyətləri daxilində turizm sahəsini tənzimləyən standartların və digər normativ-hüquqi sənədlərin layihələrini hazırlayacaq və ekspertizasını təşkil edəcək. Bundan başqa beynəlxalq təcrübəyə əsaslanaraq, sahə üzrə standartlaşdırmanın illik və perspektiv planlarını tərtib etmək, turizm sahəsində qüvvədə olan beynəlxalq standartlara, normalara və tövsiyələrə əsasən müvafiq milli standartlar hazırlamaq "Standartlaşdırma üzrə Turizm və yerləşdirmə vasitələrinin xidmətləri" Texniki Komitənin vəzifələrinə aiddir.

547